Britaniyada bir nəfər ilanı maska kimi istifadə etdi – VİDEObackend

Britaniyada bir nəfər ilanı maska kimi istifadə etdi – VİDEO

Britaniyada maska ​​əvəzinə nəhəng ilandan istifadə edən bir kişi avtobusa mindiyinə görə mühakimə olunub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Daily Mail” qəzeti yazıb.

Mənbə bildirir ki, o, boynundan asılı nəhəng sürünənlə Böyük Mançester rayonunun Salford səmtində avtobusa daxil olub.

Sərnişinləri təəccübləndirən adam ölkədəki ictimai nəqliyyatda təhlükəsizlik tədbirlərini ələ salmış kimi, ilanı boynundan çıxarıb bədəninə dolanmağa icazə verib.

Şahidlər bu sürreal səhnəni “həyəcanverici” hesab ediblər.

Bir sərnişin əvvəlcə kişinin “qeyri-adi bir maska” taxdığını düşündüyünü söyləyib, amma sonra ilanın necə fırlandığını görüb.

Onun sözlərinə görə, yaxınlıqda duranlardan heç biri gözlərini qırpmayıb.

Yerli səlahiyyətlilər ilanın bir üz maskası əvəzedicisi olmadığını vurğulayaraq insanı qınayıb və altı nəfərdən çox adamın toplanmasına tətbiq olunan qadağanı xatırlayıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*