Böyük Britaniyada keçirilən parlament seçkilərində Mühafizəkarlar Partiyası mütləq çoxluğu qazanaraq 650 yerdən 368 yeri əldə edib.
KONKRET.AZ xəbər verir ki, bu barədə “exit poll”un yaydığı məlumatda deyilir.
Leyboristlər Partiyası 191 yer qazanıb, üçüncü yerdə – Şotlandiya Milli Partiyasıdır (55 mandat).
Beləliklə, ilkin məlumatlara görə hakim Mühafizəkarlar Partiyası müstəqil şəkildə hökumət qura biləcək.