Britaniyada nasistlərin son radioqramması göstərildi – FOTObackend

Britaniyada nasistlərin son radioqramması göstərildi – FOTO

Böyük Britaniya Üçüncü Reyxin süqutundan əvvəl nasistlərin son radioqrammasını ələ keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Daily Mail nəşri yayıb.

1945-ci il mayın 7-də səhər göndərilən radioqramma İkinci Dünya Müharibəsinin bitməsinədək sonuncu olub.

Bildirilir ki, Britaniya əsgərləri 6 may saat 14: 00-da Kuksxafen liman şəhərinə daxil olublar.

Həmçinin bildirilib ki, “bu andan etibarən bütün radio siqnalı dayandırılır”.

Radioqrammanı leytenant Kunkel ötürüb, sonda “uğurlar” diləyib.

Mesaj Britaniya hökumətinin Kod və Şifrlərin Məktəbinin işçiləri tərəfindən tutulub.

Britaniya hökumətinin Rabitə Mərkəzi Qələbə Gününün 75 illiyinə bir radio proqramı həsr edib. Avropada II Dünya Müharibəsinin sonunda tutulan Alman mesajlarının surətləri də nəşr olunub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*