Britaniyalı “Dünyanın ən yaşlı kişisi” adını qazandı – VİDEObackend

Britaniyalı “Dünyanın ən yaşlı kişisi” adını qazandı – VİDEO

Böyük Britaniyanın sakini Robert Uayton planetdə yaşayan kişilərin ən böyüyü kimi tanınır.

KONKRET.az xəbər verir ki, məlumat Ginnesin Rekordlar Kitabının saytında yer alıb.

Mənbə bildirir ki, o, martın 29-da 112-ci doğum gününü qeyd edib.

Dumanlı Albiondan əvvəl, Uayton Kanada və Tayvanda yaşayıb. “İspan” epidemiyasını və iki dünya müharibəsini keçib.

Kişi hələ də işləyir, amma çox güman ki, əyləncə üçün. O, dəyirman oyuncaqlarını hazırlayır və 50 dollara satır. Əldə edilən vəsait xeyriyyəçiliyə xərclənir.

Xatırladaq ki, əvvəllər yer üzündə ən yaşlı kişi titulu yaponiyalı Titatsu Vatanabedə idi.

O, fevralın 23-də 112 yaşında dünyasını dəyişib.

Əlavə edək ki, bu gün üçün dünyanın ən yaşlı qadını 117 yaşlı yaponiyalı Kane Tanakadır.

O, 2 yanvar 1903-cü ildə anadan olib. Qadın bütün ömrü boyu öz mağazasında düyüdən hazırlanan nazik çörək satıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*