Britaniyalı ekspert: “Elə bilirlər ki, Qərb onlara hər şeyi “qızıl nimçə”də təqdim edəcək”backend

Britaniyalı ekspert: "Elə bilirlər ki, Qərb onlara hər şeyi "qızıl nimçə"də təqdim edəcək"

Rusiya-Ermənistan münasibətlərinin gərginliyi fonunda baş verənlər rəsmi Moskvanın diqqət mərkəzindədir və Nikol Paşinyanın hər bir açıqlaması, bəyanatı diqqətlə təhlil edilir. “Paşinyanın Rusiyadan qaçmaq niyyəti bəllidir. Erməni baş nazir bunu çəkinmədən etiraf edir, Gürcüstan və Ukraynanın yolu ilə getməyə üstünlük verir. Ən pis halda Ermənistan Moldova kimi addım atmağa cəhd edəcək”.

KONKRET.az xəbər verir ki, bunu britaniyalı ekspert Aleksandr Merkuris deyib. Onun fikrincə, Paşinyan 90-cı illərdə ölkəni idarə edən və Qərblə daha yaxşı əlaqələrə inanan rus liberallarının səhvlərini təkrarlayır: “O, Ermənistanı təhlükəli oyunlara sürükləyir. Təəssüf ki, Şərqi və Mərkəzi Avropada, postsovet respublikalarındakı siyasətçilərin çoxu da Paşinyan kimi düşünür.

Biz bunu Rusiyada 90-cı illərdə ölkəyə nəzarət edən liberalların dövründə görmüşük. Oxşar hadisələr Ukraynada da baş verib. Moldovada, Gürcüstanda da eyni tendensiyanın şahidi olmuşuq. Ermənistanda elə insanlar var ki, köhnə münasibətləri kəsmək, müttəfiqindən üz döndərmək və Qərbə inteqrasiyanın çıxış yolu olduğunu düşünürlər. Amma bu, onlara ciddi problem yaşadacaq. Ölkənin bu istiqamətə yönələcəyinin tərəfdarı olanlar üçün nəticə maraqlı deyil.

Ermənilər hesab edirlər ki, Qərb onlara hər şeyi “qızıl nimçə”də təqdim edəcək. Ölkənin milli mənafeyini  maddi maraqları üçün xərcləməyə çalışan insanlar təəssüf ki, hər yerdə var. Onlar başa düşməlidir ki, Qərb həmişə xoşbəxtlik vəd etsə də, onu hər kəsə vermir”. 

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*