Britaniyalı lotereyada 69 milyon dollar uddu – Qalibin adı gizli saxlanılırbackend

Britaniyalı lotereyada 69 milyon dollar uddu – Qalibin adı gizli saxlanılır

Böyük Britaniyanın bir sakini 69 milyon dollar dəyərində (57 milyon funt sterlinq) “EuroMillions” lotereyasının cekpotunu qazanıb.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü İngiltərə Milli Lotereyasının nümayəndəsi Andy Karterə istinadla bildirilib.

Onun sözlərinə görə, qalib 05, 07, 08, 16 və 20 nömrələrini, həmçinin əlavə iki nömrəni (“uğurlu ulduzlar”) – 02 və 12-ni tapıb.

Qalibin kimliyi hələ bilinmir, buna görə Karter bütün bilet sahiblərinə dərhal biletlərini yoxlanmağı tövsiyə edib.

Xatırladaq ki, ötən ilin oktyabrında Böyük Britaniya sakini “EuroMillions”da 170,2 milyon funt sterlinq qazanıb. Bu, ölkə tarixində ən böyük rekord mükafat hesab edilir.

EuroMillions lotereyası 2004-cü ildən bəri Avropada keçirilir. Əvvəlcə – İspaniya, Fransa və İngiltərə, daha sonra Avstriya, Belçika, İrlandiya, Lüksemburq, Portuqaliya, İsveçrə və Lixtenşteyn bu lotereyaya qoşulub. Qaydalara görə, qalib şəxsin anonim qalmaq hüququ var.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*