Britni Spears ayağını necə qırdığı haqda video paylaşdıbackend

Britni Spears ayağını necə qırdığı haqda video paylaşdı

Amerikalı müğənni Britni Spears rəqs zamanı ayağının qırıldığı haqda videonu İnstagram səhifəsində dərc edib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə, “Kings of Leon” qrupunun mahnısının sədaları altında rəqs edərkən baş verib.

Müğənni zədəni fevralın 19-da alıb, lakin bunun necə baş verdiyi haqda görüntüləri indi yayıb.

“Mən altı ay ərzində rəqs etmirdim, buna görə də tamamilə həyəcanlı idim. Və bəli… mən ayaqyalın olduğumu bilirəm, buna gülməyin, amma yaxşı dayanırdım! P. S. Burada mənim ayağımın qıırlma anını görə biləcəksiniz. Səsim bərk çıxdı. Sorry!”- deyə Spears yazıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*