“Bu adamın daxildəki bir çox proseslərdən xəbəri var” – Əhmədzadə haqda AÇIQLAMAbackend

“Bu adamın daxildəki bir çox proseslərdən xəbəri var” – Əhmədzadə haqda AÇIQLAMA

Bir neçə gün öncə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edildi. Uzun müddətdir bu vəzifədə işləyən Əhmədzadənin korrupsiya əməlləri haqqında  mediada kifayə qədər məlumat dərc edilib. Yerli saytlardan birində dərc olunan, ancaq hələlik rəsmi təsdiqini tapmayan məlumata əsasən Əhməd Əhmədzadə baş nazir Əli Əsdovun müşaviri təyin olunub.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, hakimiyyətdə klanlararası mübarizə davam edir: “Korrupsiyaya bulaşan adamın yenidən vəzifəyə gətirilməsi həm dövlətin nüfuzuna xələl gətirir, həm də kadr siyasətinin yanlışlığını göstərir. Bu adamın korrupsioner olmasına rəğmən daxildəki bir çox proseslərdən xəbəri var. Ona görə də, şahidləri özlərindən uzaqlaşdırmaq istəmirlər.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da  onu agent adlandırdı" - MÜSAHİBƏ

Digər tərəfdən korrupsiya yolu ilə əlində kifayət qədər vəsait toplayan adamları vəzifədən birdəfəlik kənarlaşdırmaq müəyyən problemlər yarada bilər. Ona görə də, bu şəxslərin yenidən formal vəzifələrdə saxlanılması, onları müəyyən qruplarla iş birliyi qurmaqdan çəkindirmək məqsədi daşıyır”.

KONKRET.az

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*