Bu, atamın ölüm səbəbi ilə bağlı düzgün məlumat deyil…backend

Bu, atamın ölüm səbəbi ilə bağlı düzgün məlumat deyil…

Hazırda atamın nəşi Bakıdan Tovuz rayonuna aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə teleqraf-a şair Məmməd İsmayılın qızı İntizar İsmayıl məlumat verib.

Mərhumun qızı atasının ürək çatışmazlığından vəfat etdiyini qeyd edib:

“Mediada atamın ağciyər xərçəngindən dünyasını dəyişdiyi bildirilib, bu, düzgün məlumat deyil”.

İntizar İsmayıl atasının iki dəfə Ankarada əməliyyat olunduğunu xatırladıb:

“Bakıda kimyaterapiyalar qəbul edirdi. Bu ilin iyulunda xəstəliyi ağırlaşmağa başladı və xəstəxanada müalicə aldı. Beynində şiş vardı. Son iki gündə koma vəziyyətinə düşmüşdü, danışa bilmirdi. Amma arada bacılarımın adını çağırırmış”.

İntizar İsmayıl atasının bu gün Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində bir təpənin üzərində dəfn ediləcəyini deyib:

“Buranı özü öncədən vəsiyyət etmişdi. Valideynləri də həmin qəbiristanlıqda uyuyurlar”.

Qeyd edək ki, Məmməd İsmayıl ötən gün 86 yaşında vəfat edib. O, bir neçə gün əvvəl “Bona Dea” xəstəxanasına yerləşdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*