Fransada apteklərdəki dərman qıtlığı ilə yanaşı, sektorda əczaçı çatışmazlığı da var.
KONKRET.az xəbər verir ki, bu barədə “France Inter” radiosuna Əczaçılar Birlikləri Federasiyasının prezidenti Filip Bresset bildirib.
Onun sözlərinə görə, ölkədə 15 min əczaçıya ehtiyac var və hər üç aptekdən ikisi işçi axtarır.
Bildirilib ki, bu boşluğa səbəb təqaüdə çıxan əczaçıların yerinə yeni kadrların gəlməməsidir.
Qeyd edək ki, Fransa mətbuatı əczaçılıq fakültələrində tələbə çatışmazlığının olduğunu yazıb.
Digər tərəfdən, xəstəxanalarda COVID–19 epidemiyasının yaratdığı böhran səbəbindən həkim çatışmazlığı da yaşanır, apteklər isə dərman almaqda çətinlik çəkir.
İqbal Rzayev,
KONKRET.az