Çexiya Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi qərara alıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Məlumata görə, yüksək rütbəli Çexiya rəsmisi İsrail tərəfi ilə danışıqlar aparıb və rəsmi Praqanın səfirliyini Qüdsə köçürmək barədə qərar qəbul etdiyini bildirib.
Çexiyanın bu addımı ABŞ Prezidenti Donald Trampın tələbi ilə atdığı deyilir.
Qeyd edək ki, Qüdsdə səfirlik açılacağı təqdirdə Çexiya Avropa dövlətləri arasında bu addımı atan ilk ölkə olacaq.