Bu gündən 508 və 521 nömrəli marşrutların hərəkəti dəyişdirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, “Pirşağı-Xırdalan-Novxanı-M4” avtomobil yolu layihəsi ilə əlaqədar, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət səbəbindən 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil olunacaq.