Ağdamın Xıdırlı kəndinə köç üçün işlərə başlanılıb.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli” adlı konfransda çıxışı zamanı deyib.
Xüsusi nümayəndə bildirib ki, həmin tədbirlər çərçivəsində bu il Prezident İlham Əliyev ilk olaraq Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin açılış mərasimində iştirak edib: “Ardınca Sarıcalı və Kəngərli kəndlərinin sakinləri artıq öz doğma torpaqlarına qayıdıblar”.
Onun sözlərinə görə, Xıdırlı kəndində köç üçün işlərə başlanılıb:
“Bu ay ərzində həmin kəndə ilkin olaraq 188 ailənin köçü təmin ediləcək. Növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailənin köçməsi mümkün olacaq”.