“Bu, Azərbaycana siyasi təzyiqdir!” – Rusiya ilə “pomidor müharibəsi”backend

“Bu, Azərbaycana siyasi təzyiqdir!” – Rusiya ilə “pomidor müharibəsi”

“Son 10 gündə rusların “You Tube” kanallarında açıq deyirlər ki, Azərbaycan və Rusiya arasında olan gərginliyi Rusiya elə-belə yola verməyəcək. Bu halda, əlbəttə, ilk növbədə, Azərbaycanın ixrac etdiyi məhsulların idxalına müxtəlif bəhanələr gətirib məhdudiyyət qoymağa başlayırlar. “Rosselxoznadzor”un Azərbaycandan gətirilən meyvə-tərəvəzə qadağaları, bir növ, siyasi təzyiq vasitəsidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan pomidor ixracını sırf Rusiyanın üzərində qurub:

“Hər il təqribən 200 min tona yaxın pomidor ixrac edirik və bunun əsas hissəsi Rusiyaya gedir. Rusiya bəzi hallarda bu asılılıqdan siyasi alət kimi də istifadə edir.

Adətən, may ayında ixrac daha çox olurdu. Son vaxtlar Azərbaycanla Rusiya arasında yaranan siyasi narazılıqlar bu məsələdə də özünü göstərir. Son 10 gündə rusların “You Tube” kanallarında açıq deyirlər ki, Azərbaycan və Rusiya arasında olan gərginliyi Rusiya elə-belə yola verməyəcək. Bu halda, əlbəttə, ilk növbədə, Azərbaycanın ixrac etdiyi məhsulların idxalına müxtəlif bəhanələr gətirib məhdudiyyət qoymağa başlayırlar. “Rosselxoznadzor”un Azərbaycandan gətirilən meyvə-tərəvəzə qadağaları, bir növ, siyasi təzyiq vasitəsidir”.

Ekspert qeyd edib ki, Azərbaycan istər idxalda, istərsə də ixracda Rusiyadan asılılığı azaltmalıdır:

“Azərbaycan sahibkarlarının ixrac etdiyi meyvə-tərəvəz məhsullara digər ölkələrdə də ehtiyac var. Rusiya özü daha müasir texnologiyaları tətbiq edərək pomidor istehsal edir. Onların qurduğuı istixanalarda fotosintez prosesi 24 saat ərzində gedir. Yəni daha keyfiyyətli pomidor istehsal edə bilirlər. Vaxt gələcək Rusiya pomidora olan tələbatını daxili istehsal hesabına tam ödəyə biləcək.

Rusiyanın öz pomidoru Azərbaycandan göndərilən pomidordan daha keyfiyyətli və qiyməti daha yüksəkdir. Azərbaycan istər idxalda, istərsə də ixracda Rusiyadan asılılığı azaltmalıdır”.

Xatırladaq ki, 2 gün əvvəl “Rosselxoznadzor” Dağıstan ərazisində Azərbaycandan 152 ton məhsulun idxalına qadağa qoyub. Bundan başqa, başqa bir gömrük postunda 400 ton məhsul Azərbaycana qaytarılıb.

2023-cü ildə Azərbaycandan Rusiyaya 137.4 min ton, 2024-cü ildə isə 117.2 min min ton pomidor ixrac olunub. Keçən il ümumən 438.8 ton pomidor idxal etmiş Rusiyaya ən böyük tədarükçülər Azərbaycan, Türkiyə, Türkmənistan, Ermənistan, Qazaxıstan və Özbəkistandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*