“Bu, Bakı və İrəvan arasında sərhədin müəyyənləşməsinə ciddi maneədir” – YENİ MƏQAMLARbackend

"Bu, Bakı və İrəvan arasında sərhədin müəyyənləşməsinə ciddi maneədir" - YENİ MƏQAMLAR

Azərbaycanla Ermənistan şərti sərhədləri hələ tam müəyyənləşməyib. Düzdür proses artıq başlayıb, amma bu, hələ məsələnin həlli demək deyil. Bəs iki ölkə arasındakı sərhədlər hansı prinsiplərlə müəyyən edilə bilər? Təbii ki, bu məsələdə müxtəlif illərin xəritələrinə müracət olunur. 35 il Ermənistanın işğalı altında qalan Qazax rayonun kəndləri artıq geri qaytarılıb və işğaldakı digər anklavlar da Azərbaycana təhvil veriləcək. Şimal istiqamətində sərhədin delimitasiya prosesi aparılıb və komissiya öz işini davam etdirəcək.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, delimitasiya prosesi start götürsə də, məsələnin tez bir zamanda həllini gözləmək hələ tezdir:

Gözardı edilən 1920-1922-ci il xəritələrində nə var? - İrəvanın yeni oyunu  - Globalinfo.az

“Bununla bağlı əlbəttə Azərbaycan-Ermənistan arasındakı komissiyaların apardığı danışıqlarda müəyyən irəlləyişlər var. Hər halda məsələnin ciddi şəkildə müzakirə obyektinə çevrilməsi sovetlər dönəmində qoyulub. Çünki zaman-zaman Azərbaycan torpaqlarının xeyli qismi Ermənistan SSRİ-yə, yaxud da Gürcüstana hədiyyə edilib. Bu da indi problemlər doğurur. Hər halda bu istiqamətdə birgə komissiyalar işlərini davam etdirəcəklər. Qazax-Tovuz istiqamətində dəqiqləşdirmələr aparılarkən oradakı müəyyən anklavların Azərbaycana təhvil verilməsi gözləniləndir. Sadəcə Ermənistan Zəngəzur məsələsindən narahat olduğuna görə, bu məsələdə də tələsmir. Ermənistan çalışır ki, öz istəyinə uyğun Zəngəzur istiqqmətində məsələni həll etsin. Ondan sonra Qazax-Tovuz istiqamətindəki anklavları Azərbaycana geri qaytarsın. Kərki məsələsi də bu çərçivədə həll olunsun. Ermənistanın narahatlığı daha çox Zəngəzurla bağlıdır. Azərbaycan tərəfindən Qərbi Azərbaycana qayıdış məsələsi xeyli dərəcədə gündəmdə olduğuna görə, Ermənistan delimitasiya məsələlərini sərhədin bütün hissəsində həyata keçirməyə çalışır. Problemin əsas mahiyyəti budur. Ermənistanın vaxt udmasının əsas səbəbi məhz Qərbi Zəgəzurla bağlıdır. Azərbaycan isə bildirir ki, bütün sərhədlər müəyyənləşirsə, Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz keçid həll olunmalıdır. Ona görə də, bu kimi mübahisəli məsələlərdə əlbəttə ki, Rusiyanın, ABŞ-ın, Fransanın və İranın müxtəlif maraqları var. Zəngəzur koridorunun tamamilə həll olunmaması Azərbaycan–Ermənistan arasındakı sərhədlərin müəyyənləşməsinə ciddi əngəl törədir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*