“Bu baş verərsə, həbs oluna bilərəm” – Prezidentbackend

"Bu baş verərsə, həbs oluna bilərəm" - Prezident

“Sabah keçiriləcək parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası qalib gələcəksə, mən həbsxanaya düşə bilərəm”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın hazırki prezidenti Salome Zurabişvili deyib:

“Bu baş verərsə, yəqin ki, məni impiçmentə məruz qoyacaqlar və həbsə atacaqlar”.

Eyni zamanda Gürcüstan prezidenti vurğulayıb ki, o, müxalifətin məğlubiyyət ehtimalı barədə danışmaq istəmir.

Onun fikrincə, müxalifət partiyaları vətəndaşların yüksək iştirakı olarsa, birgə səyləri ilə “Gürcü arzusu”nu məğlub etməyə və koalisiya hökuməti yaratmağa qadirdirlər.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*