“Bu, baş versə, Aİ missiyası Azərbaycan-Ermənistan sərhədindən çıxmağa məcbur olacaq” – YENİ DETALLARbackend

"Bu, baş versə Aİ missiyası Azərbaycan-Ermənistan sərhədindən çıxmağa məcbur olacaq" - YENİ DETALLAR

Avropa Birliyinin Ermənistana yerləşdirdiyi müşahidə missiyası şərti sərhəddə kəşfiyyat məlumatları toplamaqda davam edir. Bütün sərhəd boyu səpələnən avropalı missionerlər əllərində binoklla Azərbaycan tərəfə boylanmaqla məşğuldurlar. Bütün hərəkətləri Azərbaycan hərbçiləri tərəfindən izlənilən müşahidəçilər heç nəyə məhəl qoymadan öz işlərini davam etdirirlər. Aİ isə Ermənistandakı müşahidə missiyasının mandatını daha iki il artırıb və avropalı kəşfiyatçılar hələ 2027-ci ilə qədər şərti sərhəddə Azərbaycana tərəf boylanmağa davam edəcəklər. Bəs onların vaxtından əvvəl Ermənistan-Azərbaycan şərti sərhəddindən yığışdırılması mümkündürmü?

Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi Murad Sədrəddinov bildirib ki, məsələ bu gün Ermənistanla Azərbaycan arasında müzakirə olunur:

Murad Sadəddinov (@muradsadaddinov) • Instagram photos and videos

“Çox güman ki, bu məsələnin son nöqtəsi sülh müqaviləsi ilə bağlı qərarlar qəbul olunarkən həllini tapacaq. Ermənistan tərəfi də buna işarələr verib ki, sülh müqaviləsi imzalanandan, delimitasiya prosesi bitəndən sonra Aİ missiyasına ehtiyac qalmayacaq”.

Sülh müqaviləsinin bağlanma ehtimalının çox olmasına toxunan politoloq bildirib ki, Paşinyanın son çıxışları buna işarədir”

“Paşinyanın son çıxışında Ermənistanın Konstutusiyasına dəyişiklik olunması və təhlükəsizliklə bağlı bölümə şərh verməsi böyük ümidlər yaradır. Paşinyan bildirib ki, bu gündən sonra böyük güclərin imkanlarına bel bağlamamalıyıq. Konsepsiyamız birmənalı şəkildə qonşularla münasibətlərin bərpası istiqamətində olacaq. Bu, onu göstərir ki, artıq onlar Konstitusiyada dəyişiklik eləmək istəyirlər. Bunu etsələr artıq sülh müqaviləsinin imzalanması üçün əsas, vacib və ən ciddi maneə aradan qaldırılacaq”.

Daha sonra ATƏT-in Minsk Qrupunun saxlanlıması üçün Ermənistan müxalifətinin səylərinə toxunan M.Sədrəddinov bildirib ki, bunu son mətbuat konfransında qabardan Köçəryandır və onun da mövqeyi aydındır:

“Bilirsiniz ki, bu adam Rusiya tərəfindən Ermənistan müxalifətinin əsas fiquru kimi qəbul edilir. Deməli, Köçəryan Rusiyadan idarə olunur. Çox güman ki, mətbuat konfransı keçirməsi də Rusiyadan gələn göstərişlə bağlıdır. Rusiya güman edir ki, Minsk Qrupunu saxlamaqla gələcəkdə yenə Azərbaycan-Ermənistan arasında münasibətlərə təsir imkanları ola bilər. Moskva istəyir ki, Rusiya nə vaxtsa bundan yenə də manipulyasiya etsin. Ermənistan tərəfi də çox güman ki, sülh müqaviləsi paketində bu məsələni birdəfəlik bağlayacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*