Bu bazar bağlanır? – VİDEObackend

Bu bazar bağlanır? - VİDEO

Tovuz bazarında qida məhsulları və meyvə-tərəvəz satılan hissə bağlanıb. Bu da satıcıların narazılığına səbəb olub.

KONKRET.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, illərdir piştaxta arxasında dayanıb müxtəlif qida məhsulları, meyvə-tərəvəz satan 50-dən çox satıcıya bu gün bazar rəhbərliyinin yeni tapşırığı çatdırılıb.

Satışın dayandırılmasına səbəb Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məhsulların antisanitar şəraitdə satılmasına qarşı tətbiq etdiyi qadağa və cərimələrdir.

AQTA-nın Mətbuat Xidmətinin rəhbəri İlkin Kərimov məsələ ilə bağlı bildirib ki, qeyd olunan ticarət mərkəzində məhsullar antisanitar şəraitdə satılır.

Onun sözlərinə görə, bununla bağlı sahibkarlara xəbərdarlıqlar edildikdən sonra cərimələr də tətbiq edilib. Satıcıların bir yerdən başqa yerə köçürülməsi isə Agentliyin səlahiyyətləri daxilində deyil.

AQTA sadəcə məhsulların sanitar normalara uyğun şəkildə satışını tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*