“Kiyev rejimi bu vəziyyətdə sülh istəmir. Ona görə də, yalnız Vaşinqtonun səyləri və Moskvanın hazırlığı kifayət etməyəcək”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə Kiyev rejiminin danışıqlar yolu ilə nizamlanma yoluna girməkdən imtina etdiyini bildirib.
Peskov Oval kabinetdə ABŞ prezidenti Donald Trampla Vladimir Zelenski arasında baş verən mübahisəyə də münasibət bildirib. O, hesab edir ki, Zelenski tam diplomatik bacarıqsızlıq nümayiş etdirib.
“Bu, biabırçı hadisədir, əlbəttə ki, Zelenski heç bir halda diplomatik bacarıqlarının olmadığını nümayiş etdirib”, – Peskov vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az