“Bu, bizim qırmızı xəttimizdir” – Zelenskinin iqamətgahına zərbə endirməyə ÇAĞIRIŞ EDİLDİbackend

"Bu, bizim qırmızı xəttimizdir" - Zelenskinin iqamətgahına zərbə endirməyə ÇAĞIRIŞ EDİLDİ

Moskvada Zelenskinin iqamətgahına zərbələr endirməyə çağırış edilib.

KONKRET.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatları Ukrayna Prezidentinin iqamətgahını vurmağı tələb ediblər. Onlar bu açıqlamanı Rusiya Federasiyası Prezidentinin administrasiyası mayın 3-nə keçən gecə iki Ukrayna pilotsuz təyyarəsinin Vladimir Putinin Kreml iqamətgahına hücum etməyə cəhd etdiyini elan etdikdən sonra veriblər.

“Bu ola biləcək son qırmızı xəttdir. Rusiya Federasiyasının hakimiyyəti Putini öldürməyə cəhd etdiyinə görə dərhal Kiyevdəki qərar qəbuletmə mərkəzini vurmalıdır”, – Dövlət Dumasının deputatı Viktor Sobolev deyib.

O bildirib ki, Rusiya Prezidentə sui-qəsddən sonra da Kiyevdə dinc əhalini bombalamayacaq.

“Ukraynaya hərbi texnikanın çatdırıldığı infrastruktur obyektlərini məhv etmək lazımdır. Amma dinc əhalini öldürmək olmaz”, – deyə Sobolev qeyd edib.

Digər deputat Mixail Şeremet də Ukrayna Prezidentinin Kiyevdəki iqamətgahına raket zərbəsi endirilməsini tələb edib.

“Terrorçular Kiyevdə məskunlaşıblar və bildiyiniz kimi, onlarla danışıqların mənası yoxdur. Onları yalnız tez və amansızcasına məhv etmək lazımdır.

Zelenskinin Kiyevdəki iqamətgahına raket zərbəsi endirməyin vaxtıdır. Koordinatları verməyə hazıram. Ukrayna Prezidentinin administrasiyasının yerləşdiyi Bankova küçəsi, 11. Ukraynanın ən ağrılı nöqtələrini vurmağın vaxtı çatıb”, – deyə Şeremet bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*