Paşinyan döyüş mövqelərinə gedib.
KONKRET.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın müşayiəti ilə Yeni il və Milad bayramları münasibətilə döyüş mövqelərində olub.
O, döyüş mövqelərində xidmət edən əsgər və komandirlərlə görüşüb, birlikləri gəzib, cəbhə xəttində aparılan mühəndis işləri, xidməti, eləcə də əsgərlərin məişət şəraiti ilə tanış olub.
Baş nazir hərbçilərə yaxşı və təhlükəsiz xidmət arzulayıb.
“Hamınıza xidmətinizə görə təşəkkür edirəm və sizə yaxşı xidmət arzulayıram.
Başa düşməliyik ki, asan olmayacaq. Bu çətinliyə bu gün dözməliyik ki, sabahkı nəslə asan olsun.
Bu, bizim taleyimizdir və biz şərəflə, iradə ilə problemimizi həll etməliyik. Bizim problemimiz isə güclü dövlətə sahib olmaqdır və bu gün o imkanımız var.
Bu, siyasi problemdir, biz, yəni siyasi rəhbərlik həll etməlidir. Hərbçilər bizdən, biz də ondan tələb etməliyik”, – Paşinyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az