Astroloqların fikrincə, bəzi bürclərin nümayəndələri uzunömürlülüyü ilə seçilirlər. Onların daha uzun ömür sürməsinin səbəbi həyat tərzləri, xarakter xüsusiyyətləri və sağlamlıqlarına daha çox diqqət etmələri ilə əlaqədardır.
KONKRET.az xəbər verir ki, uzunömürlü bürclər arasında Oğlaq, Buğa, Xərçəng və Balıqlar xüsusi vurğulanır:
Oğlaq – Müntəzəm və nizamlı həyat tərzi sürən Oğlaqlar qaydalara riayət edir və sağlamlıqlarına diqqət göstərirlər.
Buğa – Təbiətə bağlı olan Buğalar stresdən uzaq qalmağa çalışır və sağlam qidalanmağa üstünlük verirlər.
Xərçəng – Ailə və sevgi dolu mühitdə yaşamaq Xərçənglərin ömrünü uzadan əsas amillərdən biridir.
Balıqlar – Stressdən uzaq durmağa çalışan Balıqlar meditasiya və rahatlıq metodları ilə sağlamlıqlarını qoruyurlar.
Astrologların fikrincə, uzun ömür üçün yalnız bürc deyil, eyni zamanda düzgün qidalanma, sağlam həyat tərzi və pozitiv düşüncə də mühüm rol oynayır. (baku.ws)