Astrologiyada bəzi bürclər həyat enerjisi, sağlamlıq və ömür uzunluğu ilə əlaqələndirilir.
Əlbəttə, insanın nə qədər yaşayacağı daha çox genetikaya, həyat tərzinə və sağlamlıq vərdişlərinə bağlıdır.
KONKRET.az bakuws-ə istinadən xəbər verir ki, ancaq bürclərin xarakterinə görə bəzi insanların ömürlərinin daha qısa ola biləcəyi iddia olunur:
Qoç – Həddindən artıq emosional və tez həyəcanlanan olduqları üçün ürək-damar xəstəliklərinə meyilli ola bilərlər. Risk etməyi sevdikləri üçün qəza ehtimalları da yüksəkdir.
Şir – Çox zaman güclü görünsələr də, daxildən yorğun ola bilirlər. Ürək və qan dövranı problemləri bu bürcdə daha çox rast gəlinir.
Oxatan – Macərapərəst təbiətləri onları təhlükəli situasiyalara sürükləyə bilər. Sağlamlıq qaydalarına ciddi əməl etmədikləri üçün bəzi xəstəliklərə qarşı müdafiəsiz qala bilirlər.
Dolça – Bəzən öz sağlamlıqlarına laqeyd yanaşır, vaxtında həkimə getmirlər. Bu isə problemlərin gec aşkarlanmasına və ömrün qısalmasına səbəb ola bilər.