Bu da “Qarabağ”ın yeni hücumçu transferibackend

Bu da “Qarabağ”ın yeni hücumçu transferi

“Qarabağ”ın yeni transferinin adı müəyyənləşib.

KONKRET.az-ın “Sportinfo.az”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kamilo Duran Marquezlə anlaşıb.

Məlumata görə, 23 yaşlı kolumbiyalı vinger sabah Azərbaycana təşrif buyuracaq. O, ölkəsinin U-20 yığmasının formasını geyinib.

Cənubi amerikalı yerli “Medellin”də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından “Flamenqo”ya icarəyə verilib.

Bir il sonra Portuqaliyaya – “Lusitania”ya getsə də, buradan tez ayrılıb. Ardınca “Estrela”nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında “Portimonenze”yə üz tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*