Bu deputatlara yeni vəzifə verilirbackend

Bu deputatlara yeni vəzifə verilir

Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişir.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında” məsələdə əksini tapıb.

Layihəyə əsasən, Toponimiya Komissiyasının yeni tərkibi aşağıdakı kimi olacaq:

Akimova Elnarə Seydulla qızı – Milli Məclisin deputatı, filologiya üzrə elmlər doktoru;

Cəfərov Nizami Qulu oğlu – Azərbaycan Atatürk Mərkəzinin müdiri, akademik;

Ələkbərov Əziz Yusif oğlu – Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru;

Həbibbəyli İsa Əkbər oğlu – AMEA-nın prezidenti, akademik;

Hüseynova Mahirə Nağı qızı – Azərbaycan Dövlət Universitetinin prorektoru, filologiya elmləri doktoru;

İsgəndərov Anar Camal oğlu – Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor;

İsmayılov Elçin Mirhüseyin oğlu – AMEA-nınNəsimi adına Dilçilik İnstitutunun Toponomika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent;

Quliyev Musa İsa oğlu – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru;

Məmmədov Hikmət Baba oğlu – Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor;

Nağısoylu Möhsün Zellabdin oğlu – AMEA-nın müşaviri, akademik;

Rüstəmxanlı Sabir Xudu oğlu – Xalq şairi, filologiya üzrə elmlər namizədi;

İsgəndərov Cavid Nizami oğlu – Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri;

Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə həvalə olunur.

Toponimiya Komissiyasının hazırki tərkibi aşağıdakı kimidir:

Adı və soyadı Vəzifəsi
Həbibbəyli İsa Əkbər oğlu Sədr AMEA-nın prezidenti, akademik
Fətəliyeva Sevinc Həbib qızı Sədr müavini Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru
İsgəndərov Cavid Nizami oğlu Katib Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri
Nağısoylu Möhsün Zellabdin oğlu Üzv AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik
Cəfərov Nizami Qulu oğlu Akademik
İmanlı Akif Kazım oğlu AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor
Quliyev Musa İsa oğlu Milli Məclisinin deputatı, tibb üzrə fəlsəfə doktoru
Məmmədov Hikmət Baba oğlu Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor
Ələkbərov Əziz Yusif oğlu Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru
Rüstəmxanlı Sabir Xudu oğlu Filologiya üzrə elmlər namizədi
Abbasova Mahirə Həsrət qızı AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru
Abışov Elşad Çərəfxan oğlu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*