“Bu düşmənçilikdir, cavab veriləcək” – Lavrov o ölkəni hədələdibackend

“Bu düşmənçilikdir, cavab veriləcək” – Lavrov o ölkəni hədələdi

Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın rus şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcəklərini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Lavrov bu haqda qətərli həmkarı Məhəmməd Bin Əbdürrəhman əl-Sani ilə Moskvadakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir ABŞ-ın bəzi Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı sanksiya tətbiq etmə qərarına etiraz edib:

“ABŞ uzun müddətdir ölkəmizə qarşı düşmənçilik siyasətini davam etdirir. Buna cavab veriləcək”.

O, ABŞ-ın sanksiyalarının beynəlxalq hüquq normalarını pozduğunu iddia edib: “Bu addımlar ABŞ-ın başqalarına öz qaydalarını tətbiq etməyə davam edəcəyini göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*