Bu ərazilərdə işıq olmayacaqbackend

Bu ərazilərdə işıq olmayacaq

Salyanın bir sıra kəndlərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

KONKRET.az  xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində trassa “Azərişıq” ASC-nin 35 kV-luq hava xətləri ilə kəsişir.

Bununla əlaqədar olaraq bu gün saat 09:30-dan 13:30-dək Salyanın Qırxçıraq, Seydan, Parçaxalac, Pratman, Gəncəli, Həsənli, Bəşirabad, Şəkərli, Yenikənd, Kürsəngi, Abad, Xalac və Kolanı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri tamamlandıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*