Bu erməni qızı Serj Sarkisyanın daha bir siyasi bicliyinin üstünü açdıbackend

Bu erməni qızı Serj Sarkisyanın daha bir siyasi bicliyinin üstünü açdı

Keçmiş Baş nazirin müavini Karen Karapetyan əhalinin etimadını qazanan keçmiş hökumətin nadir nümayəndələrindən biridir.

KONKRET.az xəbər verir ki, bu barədə müstəqil millət vəkili Takui Tovmasyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2018-ci ildə istefa edərək hakimiyyəti Baş nazirin müavini Karen Karapetyana təhvil verdiyinə dair açıqlamasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Serj Sarkisyanın dedikləri doğrudursa, niyə hakim Ermənistan Respublika Partiyası parlament çoxluğu olmaqla indiki baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülən tələbləri itaətkarlıqla yerinə yetirdi.

Millət vəkili hesab edir ki, üçüncü prezident öz açıqlaması ilə müəyyən reytinq qazanmaq istəyib və bütün mənfi məqamları Karen Karapetyana yönəltmək cəhdi edib: “Bölgələrə çox gəzirəm, insanlarla danışıram və deyə bilərəm ki, Karen Karapetyan keçmiş səlahiyyətlilərdən reytinqi olan və etibar edilən nadir nümayəndələrdən biridir. Bunun nə ilə əlaqəli olduğunu bilmirəm, çünki rəhbərlik etdiyi dövrdə elə də populyar deyildi.

Buna baxmayaraq, insanlar onun xarizmatik imicini başa düşürlər. Düşünürəm ki, bu açıqlama son dəfə zərbə vurmağa çalışan və bəlkə də intiqam almağa cəhd edən Serj Sarkisyanın neqativ münasibətləri Karapetyana ötürməsi ilə əlaqəlidir.”

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*