İtaliya futbolunda tarixi uğursuzluqdan sonra köklü dəyişikliklər başlayıb. Ölkənin futbol federasiyasının prezidenti Qabriel Qravina rəsmən istefa verib.
KONKRET.az xəbər verir ki, “Football Italia” nəşrinin məlumatına görə, DÇ-2026-nın pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olan (1:4) İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalıb. Bu nəticədən sonra bu gün keçirilən fövqəladə iclasda 2018-ci ildən quruma rəhbərlik edən Qravina vəzifəsindən ayrıldığını elan edib.
Xatırladaq ki, Qravinanın rəhbərliyi dövründə milli Avro-2020-nin qalibi olsa da, DÇ-2022 və DÇ-2026-ya vəsiqə qazana bilməyib.\\unikal
