Bu gənclərə ali məktəblərə qəbulda güzəşt edilə bilər – SİYAHIbackend

Bu gənclərə ali məktəblərə qəbulda güzəşt edilə bilər - SİYAHI

Gələcəkdə orduda xidmət edən şəxslərə ali təhsil müəssisələrinə qəbul zamanı əlavə balların verilməsi sisteminin Azərbaycanda tətbiq olunması mümkündür. Bəs görəsən, belə bir sistemin yaradılması nə dərəcədə məqsədəuyğundur?

Hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, bu məsələ ciddi olsa da, hələ aidiyyəti qurumlar tərəfindən lazımi diqqət göstərilmir.

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son  xəbərlər və Hadisələr

“Azərbaycan gənci 11 il təhsil alır, sonra müxtəlif səbəblərdən ali məktəbə daxil ola bilmir. Dövlət İmtahan Mərkəzi isə demək olar ki, hər il bir yenilik fikirləşir. Gənclər isə hərbi xidmətə yollanır, 1 il 6 ay müddətində isə öz biliyini nə saxlamaq, nə də inkişaf etdirmək imkanı tapır. Ordu xüsusi qaydaları olan bir sistemdir və burada gənclərin əvvəlki biliklərini qoruyub saxlaması üçün şərait yoxdur,” – deyə Üzeyir Cəfərov bildirib.

Onun fikrincə, xidmətini başa vurub geri qayıdan gənclərin ali təhsilə davam etməsi üçün güzəştlər və stimullaşdırıcı mexanizmlər tətbiq olunmalıdır:

“Elm və Təhsil Nazirliyi, güc strukturları və Dövlət İmtahan Mərkəzi bu məsələyə birlikdə yanaşmalı, razılaşdırılmış şəkildə mexanizmlər hazırlamalıdır.”

Ekspert əlavə edib ki, yalnız sıravi əsgərlər deyil, şəhid övladları, ailənin tək uşaqları, xüsusi istedadı olan şəxslər üçün də ali məktəblərə qəbul zamanı güzəştli və stimullaşdırıcı addımlar atılmalıdır.

Ekspert bu məsələnin strateji əhəmiyyət daşıdığını vurğulayıb və gələcəkdə mütləq şəkildə gündəmə gətiriləcəyini bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*