Bu gün Aprel şəhidimiz Samir Kaçayevin doğum günüdürbackend

Bu gün Aprel şəhidimiz Samir Kaçayevin doğum günüdür

2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına Şəhid olan Samir Kaçayevin bu gün  doğum günüdür.

 KONKRET.az-ın məlumatına görə, Samir Ziyəddin oğlu Kaçayev 1994-cü il, mart ayının 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində sadə bir ailədə anadan olub. Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevirdi.

2011-ci ildə orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olur. 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə başa vuraraq heykəltəraş ixtisasına yiyələnir.

Magistraturaya daxil olduqdan sonra hərbi xidmətə yollanır. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub.

Aprelin 3-ü isə Samir Kaçayev doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Samir Kaçayev göstərdiyi rəşadətə görə ölümündən sonra “İgidliyə görə”medalı ilə təltif olunub.

Samir yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olub. O, yaratdığı əsərləri, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb.

Qeyd edək ki, gənc sənətkarın 50-dən çox heykəltəraşlıq və qrafika işləri var və qorunub saxlanılır.

Ruhun şad olsun Şəhidim!

Fəqan Muxtar,

Konkret.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*