“ABŞ rəsmilərinin açıqlamalarına görə, bugünkü görüşdə ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər”.
KONKRET.az xəbər verir ki, bunu Baku TV-nin “Aktual gündəm” verilişində Vaşinqtonda baş tutacaq tarixi görüşlə bağlı gözləntilər barədə müzakirə zamanı millət vəkili Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, bu sazişin imzalanacağı halda “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş mütləq ləğv olunmalıdır. “Bu iki sənəd eyni vaxtda mövcud ola bilməz. 907-ci düzəlişin qalması həmişə Azərbaycanı təhdid edəcək”, – deyə millət vəkili əlavə edib.
Ətraflı süjetdə: