Bu gün İİV-ə daha çox transeksual yollarla yoluxurlarbackend

Bu gün İİV-ə daha çox transeksual yollarla yoluxurlar

İİV-ə yoluxmanın əsasən narkotiklərdən istifadə zamanı keçdiyi qeyd edilsə də, bu gün insanlar bu xəstəliyə daha çox transeksual yollarla yoluxurlar.

KONKRET.AZ xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı “1 dekabr – QİÇS-lə Mübarizə Günü” ilə əlaqədar dəyirmi masada deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2019-cu ilin iyun ayında açıqlanan məlumatına əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfərdir: “Onların yalnız 24,5 milyonu antiretovirus (ART) müalicə ilə əhatə olunub. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədi ilə bu xəstəliklə yaşayan hamilə qadınların 82 faizi ART müalicəyə cəlb edilib. 1997- ci ildə müqayisədə İİV-lə yeni yoluxma halları 40 faiz azalıb və 2018-ci ildə onların sayı 1,7 milyon nəfər olub. Şərqi Avropa və Mərkəzi Asiya regionunda yeni yoluxanların 95 faizi risk qrupuna mənsub olan şəxslər və onların cinsi partnyorlarıdır. Təqribən 8,1 milyon insan isə bu xəstəliyə yoluxduğu haqda məlumatsızdır”.

H.Harmancı qeyd edib ki, 2004-cü illə müqayisədə bu xəstəlikdən ölənlərin sayı 56 faiz azalıb və 2018- ci ildə 770 min nəfər təşkil edib. Epidemiya başladığı andan 2018-ci ilin sonuna kimi isə ümumilikdə 32 milyon insan dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*