Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildibackend

Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi

Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin bu gün işdən çıxarılan direktoru Esmira Ağayevaya yeni vəzifə verilib.

KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, E.Ağayeva paytaxtın ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Xatırladaq ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva 2020-ci ilin iyulundan 2025-ci ilin sentyabrınadək 20 nömrəli məktəb-liseyə rəhbərlik edib. O, daha əvvəllər isə 214 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

***

Bakıda məktəb direktoru işdən çıxarılıb.

KONKRET.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Esmira Ağayeva Azər qızı 20 nömrəli məktəb-liseyin direktoru vəzifəsindən azad edilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetin məzunu olan 1965-ci il təvəllüdlü E.Ağayeva bu vəzifəyə 2020-ci ilin iyul ayında təyin olunmuşdu.

Qeyd edək ki, o, əvvəl 214 nömrəli tam orta məktəbin direktoru olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*