Bu gün məhkəmə aktyor Mixail Yefremova hökm oxuyacaqbackend

Bu gün məhkəmə aktyor Mixail Yefremova hökm oxuyacaq

Çərşənbə axşamı Moskvanın Presnenski Məhkəməsi kuryer Sergey Zaxarovun öldüyü 8 iyun yol qəzasından məsul olan aktyor Mixail Yefremova hökm oxuyacaq.

KONKRET.az xəbər verir ki, sentyabrın 3-də keçirilən iclasda prokuror Yefremov üçün 11 il ümumi rejimli koloniya istəyib.

Bu, demək olar ki, maksimum müddətdir – aktyora qarşı irəli sürülən maddə üzrə cəza beş ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutur.

Son sözlə çıxış edən Mixail Yefremov prokurorun tələbini çox sərt adlandırıb.

“Çətin ki, o ömrü yaşayım. Bu ölümdür. Ölüm hökmüdür ” deyib aktyor.

Yefremovun xidmət etdiyi “Sovremennik” teatrının bəzi sənətçilərinin hökmün açıqlanmasının şahidi olmaq üçün məhkəməyə gələcəyi gözlənilir.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*