Bu gün Mübariz İbrahimovun cənnətdəki 12-ci doğum günüdürbackend

Bu gün Mübariz İbrahimovun cənnətdəki 12-ci doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

KONKRET.az xəbər verir ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M. Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra, hərbi xidmətə çağrılmışdır.

M.İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin canlı qüvvəsini məhv etmiş, bir neçə nəfəri yaralamışdır. Ermənilərin silahlarını özlərinə qarşı istifadə edərək 5 saat onlarla döyüşdükdən sonra Mübariz İbrahimov səhərə yaxın saatlarda qəhrəmancasına həlak olmuşdur.

Bu gün Mübariz İbrahimovun erməni silahlılarını məhv etdiyi postda Azərbaycan bayrağı dalğalanır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*