Bu gün vəfat edən məşhur aktrisanın son müsahibəsi: “Anamdan əvvəl ölmək istəmirəm”backend

Bu gün vəfat edən məşhur aktrisanın son müsahibəsi: "Anamdan əvvəl ölmək istəmirəm"

Məşhur aktrisa Fatma Girikin vəfatından sonra onun bir müddət əvvəl verdiyi müsahibə yenidən gündəmə gəlib.

KONKRET.az Haber Global-a istinadən xəbər verir ki, həmin müsahibədə aktrisanın dediyi sözlər pərəstişkarlarını kədərləndirib.

“Öləcəyəm deyə qorxuram. Çünki arxamda mənə ehtiyacı olan insanlar buraxmış olacam. Məsələn, anamdan əvvəl ölmək istəmərəm. Nə edəcək mənsiz? Yaşı da olduqca çoxdur. Qızım var, Ahu, məndən başqa heç kimi yoxdur. Ancaq öləcəyəm nə zamansa, Allah ölüm versin”, – deyə o bildirib.

Aktrisa həmçinin son müsahibəsində vəsiyyəti ilə bağlı da sualı cavablandırıb:

“Öldükdən sonra arxamca danışmasınlar bəs edər. Heç kimi incitməmişəm, heç kimə pislik etməmişəm, qul haqqı yeməmişəm, kimsəyə xor baxmamışam, kimsəyə güc nümayişi etməmişəm. Ən önəm verdiyim budur. Yaxşı insan olmaq dünyada hər şeydən çətindir”.

Qeyd edək ki, Fatma Girik bu gün İstanbulda müalicə aldığı xəstəxanada 79 yaşında vəfat edib.

Aktrisanın anası Münevver Girik Dukav 99 yaşındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*