Bu gün Xankəndidə tarixi oyun keçiriləcəkbackend

Bu gün Xankəndidə tarixi oyun keçiriləcək

Bu gün Azərbaycan kubokunda tarixi oyun keçiriləcək.

KONKRET.az xəbər verir ki, turnirin 1/8 final mərhələsində Ağdamın “Qarabağ” klubu MOİK-lə Xankəndi şəhərində qarşılaşacaq.

Şəhərin yenidən qurulmuş mərkəzi stadionunda baş tutacaq görüş saat 14:00-da başlayacaq.

Bu matç həm də işğaldan azad edilmiş ərazilərdə 30 ildən sonra keçirilən ilk rəsmi matç olacaq.

Sonuncu dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin mayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*