Bu gün, ya sabah o qərar verəcək, ya da… – Gözlər Əli Əsədova dikilibbackend

Bu gün, ya sabah o qərar verəcək, ya da... - Gözlər Əli Əsədova dikilib

Azərbaycan əhalisi nəfəsini içəri çəkərək baş nazir Əli Əsədovun karantin rejiminin uzadıb-uzatmayacağı intizarındadır.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, sonuncu dəfə Nazirlər Kabineti rəhbəri COVID-19-la bağlı məhdudiyyətlərin martın 31-dən iyunun 1-dək tətbiqi barədə qərar imzalayıb.

Birigün artıq bu müddət tamamlanır.

Əli Əsədov karantin müddətini uzadacaqmı?

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından quru və dəniz sərhədləri qapadılıb. Hər 3 aydan bir xüsusi karantin rejiminin vaxtı uzadılır.

Dünya Səhiyyə Təşkilatı (DST) 2023-cü ilin mayın 5-də COVİD-19-la bağlı qlobal fövqəladə vəziyyətin başa çatdığını elan edib.

2024-cü ildə Prezident İlham Əliyev Azərbaycan sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib.

“Sərhədləri bağlı saxlamaq qərarı kovidə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır”.

İlham Əliyev bunu aprelin 23-də, ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda danışıb.

Milli Məclisin 7-ci çağırışına seçkilərdən sonra açılış iclasında da dövlət başçısı oxşar cümlələr işlədib.

Prezident Əliyev deyib ki, “milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır”:

“Xüsusilədə indiki zamanda. şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələr yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır.

Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Bu reallıqdır”.

Xatırladaq ki, son aylarda Azərbyacanla Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpa olunacağı iddia olunur. Rəsmi Tbilisi bundan ötrü may ayına dair 2 tarix açıqlasa da, məsələ reallaşmayıb.

Eyni zamanda, prezident Məsud Pezeşkianın Bakıya birgünlük səfərindən sonra İranla quru sərhədlərin açılacağına dair rəsmi Tehran təmsilçiləri bir neçə bəyanat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*