“Bu gün yol açılmasa, Volkovla görüş tələıb edəcəyik”.
KONKRET.az xəbər verir ki, Qarabağdakı separatçı rejimin “partiya sədri” Tiqran Petrosyan “Facebook” sosial şəbəkəsində yazıb.
Petrosyan Rusiya sülhməramlılarının dünən verdiyi vədlərdən danışıb və buna əsasən Laçın dəhlizinin bu gün açılacağını bildirib.
“Bu gün Rusiya Federasiyasında görüşlər var. Gözləyək, görək hansı qərar çıxarılacaq və biz də buna uyğun hərəkət edəcəyik. Yol açılmasa, nə edəcəyik?
Ertəsi gün görüş təyin edib hava limanına gedəcəyik. Və Volkovla görüş tələb edəcəyik. Biz ondan Putinə zəng etməyi tələb edəcəyik. Deyəcəyik: Putinə zəng et.
Putin zənglə problemi həll edə biləcək. Əgər biz onu maraqlandırırıqsa, Əliyevlə danışsın. Bizim güzəştə yerimiz yoxdur.
Kreml başa düşməlidir ki, Rusiya Cənubi Qafqazda qalmaq istəyirsə, onun əlində oyuncaq olmayacaq xalqın tələblərini nəzərə almalıdır. Erməni xalqı heç kəsi bağışlamayacaq”, – deyə Petrosyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az