Bu gündən Azərbaycandan Rumıniyaya qaz nəql olunurbackend

Bu gündən Azərbaycandan Rumıniyaya qaz nəql olunur

Ötən il dekabrın 16-da SOCAR və Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başlayıb.

KONKRET.az xəbər verir ki, razılaşma təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur.

Azərbaycan qazının Rumıniyaya tədarükü üzrə müqavilə aprelin 1-dək 300 milyon kubmetr mavi yanacağın vurulmasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*