“Bu halda NATO və Rusiya arasında müharibə başlayacaq” – İLGİNC AÇIQLAMAbackend

"Bu halda NATO və Rusiya arasında müharibə başlayacaq" - İLGİNC AÇIQLAMA

“NATO ölkələri Ukraynanı Alyansa üzv qəbul etməyəcəklər. Bu məsələ, Tramp və Baydendən asılı deyil”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq İlqar Vəlizadə səsləndirib.

O, həqiqətin üzünə dik baxmağın lazım olduğunu vurğulayıb:

“Ukraynanı heç kim NATO-ya üzv qəbul etməyəcək. Almaniya Kansleri açıq şəkildə bəyan etdi ki, Ukrayna öz ərazi bütövlüyünü bərpa etməsə Alyansa qəbul oluna bilməz. Əgər Alyans ölkələri Ukraynanı bu vəziyyətdə üzvlüyə qəbul etsələr, o zaman NATO və Rusiya arasında müharibə başlayacaq. Bu, NATO nizamnaməsinin 5-ci bəndində öz əksini tapıb. Ona görə də NATO ölkələri Ukraynanı Alyansa üzv qəbul etməyəcəklər. Bu məsələ, Tramp və Baydendən asılı deyil”.

Politoloqun sözlərinə görə, hazırda bir çox məsələlərin həlli Ukraynanın əlində deyil:

“Rəsmi Kiyev müharibəni dayandırmağa qərar versə belə, öz ərazi bütövlüyünü tam bərpa edə bilməyəcək. Bütün hallarda bu, atəşkəs rejiminin əldə edilməsi demək olacaq. Müharibə bitmədən Ukraynanın NATO-ya daxil edilməsi isə yarımçıq bir qərara çevriləcək. Ukrayna siyasi rəhbərliyinin çıxış yolu qalmayıb. Hazırda müharibənin taleyi Rusiya və Qərbdən asılıdır. Əgər Qərb Rusiya ilə ortaq məxrəcə gəlsə, o zaman Ukrayna fakt qarşısında qalacaq. Avropa isə bunu istəmir. Bu səbəbdən də müharibə davam edir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*