ABŞ-da namizədlər prezident seçilmək üçün onları dəstəkləyən qüvvələrin xeyrinə xarici siyasətdə qurbanlar verməli olurlar. Burada diasporların, nüfuzlu şəxslərin, parlamentlərarası dostluq qruplarının təsir gücü böyükdür. Tramp bu məsələdə daha sərbəstdir. Yəni ona təsir edəcək bir erməni diasporu yoxdur. Buna görə də ABŞ-Azərbaycan münasibətlərində normallaşma mümkündür.
KONKRET.az xəbər verir ki, bunu politoloq Tofiq Zülfüqarov Globalinfo.az-a müsahibəsində deyib.
“Tramp ABŞ-ın maraqlarını qorumaq üçün addımlar atacaq. Bakı xarici siyasətində bunu nəzərə alsa, Vaşinqtonla əməkdaşlığı inkişaf etdirə bilər. Hətta ABŞ-ın dəstəyini almaq olar”, – politoloq bildirib.