Bu hava limanının direktoru koronavirusdan öldübackend

Bu hava limanının direktoru koronavirusdan öldü

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanın Buxara Beynəlxalq Hava Limanının direktoru, keçmiş senator Toxir Baxronov 61 yaşında vəfat edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Buxara vilayət rəhbərliyinin mətbuat xidməti ona koronavirus diaqnozu qoyulduğunu bildirib.

1999-2004-cü illərdə Toxir Baxronov Özbəkistan Ali Məclisinin deputatı, 2014-2019-cu illərdə Buxara regional məclisinin deputatı, 2014-2019-cu illərdə Senatın üzvü olub.

Bundan əvvəl, iyulun 31-də Nukusda 72 yaşında koronavirus diaqnozu qoyulmuş Karakalpakstan Jokarqı Kenesinin sədri, Ali Məclis Senatı sədrinin müavini Musa Yerniyazov dünyasını dəyişib.

İyulun 31-də 53 yaşında koronavirusdan müalicə alan Daşkənd Regional Cinayət Məhkəməsinin hakimi Xayriddin Şermuxammedov vəfat edib.

O, “Əhmədbəy” ləqəbi ilə tanınan maliyyə piramidasının banisi Əhməd Tursunbayevin işi üzrə məhkəməyə sədrlik edib.

Avqustun 1-də Səmərqənd vilayətinin Taylak rayonunun prokuroru Farxod Abduxolikovun ölümü barədə məlumat verilib. 58 yaşında idi. UzA-nın məlumatına görə, ona koronavirus diaqnozu qoyulub.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*