Milli Məclis sağlamlıq sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə cərimələrin artırılmasını nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.
KONKRET.az xəbər verir ki, yeni qaydalara əsasən, tibb işçilərinin vicdansız və ya laqeyd davranışı nəticəsində sağlamlığa yüngül zərər vurulduqda fiziki şəxslər 500-800 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 7000-9000 manat arası cərimə olunacaq.
Qanun layihəsi vətəndaşların sağlamlıq hüquqlarının daha yaxşı qorunmasını təmin etmək məqsədi daşıyır.