Moskvanın ABŞ-ın rəsmi qurumlarını və şirkətlərini hədəf alan kiber hücumlarla heç bir əlaqəsi yoxdur.
KONKRET.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Rusiyanın bu cür hücumlarla və xüsusən də bu hücumla heç bir əlaqəsi yoxdur”, – Peskov bildirib.
O, bu cür ittihamların əsassız olduğunu bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-ın rəsmi qurumlarına edilən kiber hücumlarının arxasında Rusiya hakerlərinin olduğunu bəyan edib.axar.az