Bu icra başçısının nəzarətində olan müəssisənin borcu üzə çıxdı – ŞOK RƏQƏM – FOTObackend

Bu icra başçısının nəzarətində olan müəssisənin borcu üzə çıxdı - ŞOK RƏQƏM - FOTO

Şəmkir Rayon İcra hakimiyyətinin tabeliyində olan Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat sahəsinin dövlətə külli miqdarda vergi borcu olduğu məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Azər Allahverdiyev adlı şəxs verib.

Rəşad Tağıyev

Bildirilir ki, müəssisənin hazırda dövlətə 160 min manatdan çox (163387.26 AZN) vergi borcu mövcuddur.

“Şəmkir şəhər Heydər Əliyev prospekti, ev 5 ünvanında qeydiyyatda olan sözügedən istehsalat sahəsi 14 saylı Ərazi Vergilər İdarəsində Vergi uçotuna alınıb. Qeyd edək ki, Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat sahəsi rayonun icra başçısı Rəşad Tağıyevin birbaşa nəzarətindədir” – məlumatda qeyd olunub.//Musavat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*