Təhsil idarələrinə yeni TƏYİNATLAR – FOTObackend

Təhsil idarələrinə yeni TƏYİNATLAR - FOTO

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Bu barədə KONKRET.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası isə regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.

Qeyd edək ki, bundan öncə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*