“Bu ikiüzlü, riyakar və paralı köpəklərin məqsədi Bakı, Kreml və İrəvanı birlikdə hədəfə almaqdır” – ŞƏRHbackend

“Bu ikiüzlü, riyakar və paralı köpəklərin məqsədi Bakı, Kreml və İrəvanı birlikdə hədəfə almaqdır” - ŞƏRH

“Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir və status Azərbaycan Konstitusiyasına əsasən həll edilməlidir” fikri təkcə Araik Arutunyanı özündən çıxartmayıb. Baş nazir dərhal terrorçu “prezident”in hədələrinə fb-da açdığı canlı yayımla cavab verib. Paşinyan konkret qeyd edib ki, “delimitasiya, demarkasiya prosesi bitməlidir və bizə yalnız və yalnız kommunikasiyaların açılması lazımdır, həm də hamıdan daha çox buna ehtiyacımız var”.  Ermənistanın Baş naziri bu addımı ilə Azərbaycan rəhbərinin mövqeyini tam dəstəklədiyini də ortaya qoyub”.

Jurnalist Əziz Əlibəyli mətbuat katibi təyin olundu | Hokm.Az

Bu barədə KONKRET.az-a açıqlamasında Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli fikir səsləndirib. O bildirib ki, Nikol Paşinyan şahmat gedişi edərək qondarma rejimi Rusiyanın qucağına, dəstəyini isə qərbin ofislərinə itələyib: “Məhz bu “xod”dan sonra məlum olub ki, Paşinyanın əlehdarı təkcə Xankəndində deyilmiş. Belə ki, heç bir qərb mediası Nikol Paşinyanın Qarabağın taleyi ilə bağlı fikrini tirajlamayıb və konkret üstündən sükutla keçərək, Qarabağın statusunun tanınması, müstəqilliyin qəbul edilməsinə çağırışlara başlayıb. Bu, ikiüzlü, riyakar və paralı köpəklərin məqsədi hazırda Azərbaycanı, Rusiyanı və Ermənistanı birlikdə hədəfə almaqdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*