Bu il 3-cü qrupda bəzi ixtisaslara qəbul balları arta bilər – VİDEObackend

Bu il 3-cü qrupda bəzi ixtisaslara qəbul balları arta bilər - VİDEO

Bu il 3-cü qrupda bəzi ixtisasların balında artım olacağı gözlənilir.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, ötən gün Dövlət İmtahan Mərkəzi  II və III ixtisas qrupları üzrə blok imtahanının 2-ci cəhd  nəticəsini elan edib. Nəticələrə əsasən 2-ci ixtisas qrupunda bir nəfər maksimal 388.3, daha bir nəfər isə 3-cü ixtisas qrupunda 397 bal toplayıb.

Bəs 2-ci və 3-cü qruplarda hansı ixtisasların ballarında artım gözlənilir? Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, 2-ci ixtisas qrupunda ballarda artım gözlənilməsə də, 3-cü ixtissas qrupunda müəyyən ixtisaslarda ballar arta bilər.

Təhsil eksperti onu da bildirir ki, bu il universitetlərdə əlavə plan yerinin artırıldığını nəzərə alsaq, ötənilki kimi gərgin ixtisas seçimi olmayacaq. Sadəcə abituriyentlərin daha çox üstünıük verdiyi müəyyən ixtisaslarda hər il olduğu kimi ballarda dəyişiklik olacaq.

Qeyd edək ki, bu il qəbul imtahanlarında II qrup üzrə 17 398 nəfər, III qrup üzrə 22926  nəfər iştirak edib. İxtisas seçimi istə avqust ayının əvvəlinə planlaşdırılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*